Təmir zamanı ən çox diqqətdən yayınan işlərdən biri su izolyasiyasıdır.
Halbuki gələcəkdə yaranan nəmişlik, divar qabarması, kif və boya problemlərinin əsas səbəbi məhz düzgün aparılmayan izolyasiyadır.
Su izolyasiyası yalnız vanna otağı üçün deyil. Balkon,terras, zirzəmi və rütubətə məruz qalan digər sahələrdə də vacib mərhələdir.
Keyfiyyətli nəticə görünən işlərlə yox, görünməyən detallarla başlayır.